Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "İnter Mayami"nin əfsanəvi hücumçusu Lionel Messini heyətinə qatmaq niyyətindədir.
İdman.biz xəbər verir ki, ərəblərin argentinalı futbolçuya fantaktik məbləğ - illik 200 milyon avro maaş təklif etdikləri bildirilir.
"Əl-Hilal" rəhbərliyinin ABŞ-də hazırda "İnter Mayami" ilə klubların dünya çempionatında çıxış edən Messinin atası Xorxe ilə görüşü gözlənilir.
Qeyd edək ki, iyunun 24-də Messi 38 yaşını qeyd edib.
İdman.biz