Juninyo klubların dünya çempionatında ilk oyununu keçirib - o, sonuncu dəfə apreldə fərqlənib

Xəbərlər
25 İyun 2025 13:13
26
Juninyo klubların dünya çempionatında ilk oyununu keçirib - o, sonuncu dəfə apreldə fərqlənib

Qışda "Qarabağ"dan "Flamenqo"ya transfer olunan Juninyo ABŞ-də keçirilən klubların dünya çempionatında ilk oyununa çıxıb.

İdman.biz xəbər verir ki, 28 yaşlı braziliyalı futbolçu "Los Anceles"lə qarşılaşmanın 82-ci dəqiqəsində meydana daxil olub.

Juninyo "Flamenqo"nun D qrupunda "Esperans" və "Çelsi" ilə keçirdiyi ilk iki oyunda ehtiyatda qalıb.

Keçmiş "Qarabağ"lının komandası 1/8 finalda "Bavariya" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Flamenqo"nun bütün turnirlərdə son altı oyunundan yalnız ikisində meydana çıxan Juninyo axırıncı dəfə aprelin 4-də Libertadores kuboku çərçivəsində Venesuelada "Deportivo Tachira" ilə oyunda qol vurub.

İdman.biz