"Bakı"nın sabiq sloveniyalısı: "Selye" favoritdir" - MÜSAHİBƏ

Müsahibə
25 İyun 2025 10:16
33
"Bakı"nın sabiq sloveniyalısı: "Selye" favoritdir" - MÜSAHİBƏ

Tarixin yaddaşına köçmüş "Bakı" klubunun sloveniyalı sabiq futbolçusu Yure Travnerin Sport24.az-a müsahibəsi

- Hazırda nə işlə məşğul olursan?

- Doğma şəhərim Laskoda məşqçi işləyirəm. U-13 komandası, həmçinin ibtidai məktəbdə və bağçalarındakı uşarlarla da çalışıram. Bundan əlavə, hələ də Avstriyada həvəskar səviyyədə futbol oynayıram.

- Azərbaycanda keçirdiyiniz vaxtları necə xatırlayırsınız?

- Ölkəniz və xüsusi ilə də "Bakı" ilə bağlı gözəl xatirələrim var. Bakının mərkəzi həqiqətən çox gözəldir. Komanda yoldaşlarımızla orada çox gözəl vaxtlar keçirmişik.

- Klubdan ayrılandan sonra əlaqələr qaldımı?

- Var idi. Yaxşı xatırlayıram. "Bakı"da həqiqətən yaxşı kollektimiz və məşqçi heyətimiz var idi. Bu komandada oynamaqdan həzz alırdım. Düşünürəm ki, bir yerdə qalsaydıq, daha yaxşı nəticələr əldə edərdik. Klub müflis olanda isə çox məyus oldum.

- Azərbaycanda başqa təklif almadınız?

- İngiltərədən təkliflərim oldu və "Ridinq"də oynamaq üçün bu ölkəyə yollandım.

- Ardınca beş il Sloveniyanın "Selye" klubunda da çıxış etmisiniz. Bu komanda haqqında nə deyə bilərsən?

- Bu, həm də mənim ilk peşəkar klubum idi. Mən də onlarla müqaviləni çempionluqla başa vurdum. O vaxtdan bəri klub çox inkişaf edib, xüsusən də maliyyə baxımından. Bu, artıq nəticələrdə də özünü göstərir. Ötən mövsümdə də avrokuboklar çox yaxşı oynadılar.

- "Selye" UEFA Avropa Liqasında "Sabah"la üz-üzə gələcək. Səncə, hansı komanda favoritdir?

- "Selye"nin favorit olduğunu düşünürəm. Amma bu, ictimaiyyətin fikirləşdiyi qədər deyil. Çox gərgin qarşılaşma olacaq.

İdman.biz