Azərbaycanlı hücumçu "Kayzerslautern"də - RƏSMİ - FOTO/VİDEO

Xəbərlər
24 İyun 2025 22:09
52
Azərbaycanlı hücumçu "Kayzerslautern"də - RƏSMİ - FOTO/VİDEO

Almaniyanın "Kayzerslautern" klubu Mahir Emreli ilə rəsmi müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, klubun rəsmi saytında Azərbaycan millisinin hücumçusu ilə bağlı paylaşım edilib.

27 yaşlı futbolçu alman təmsilçisi ilə 3 illik razılıq əldə edib. Mahir "Kayzerslautern"də 10 nömrəli formanı geyinəcək.

Klubun idman direktoru Marsel Klos transferlə bağlı açıqlama verib: "Mahirin bir çox təkliflərə baxmayaraq komandamıza qoşulmasına görə çox şadıq. O, əvvəlki komandalarda, xüsusilə, "Nürnberq"də vurduğu qollarla diqqəti cəlb edib. Onun sürəti və bitiricilik bacarığı hücum xəttində bizə çox fayda verəcək. Emrelinin təcrübəsi meydandan və ondan kənarda böyük rol oynayacaq".

Qeyd edək ki, Mahir ötən mövsümü 2-ci Bundesliqada "Nürnberq"də keçirib.

İdman.biz