Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşib

Xəbərlər
24 İyun 2025 14:46
54
Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşib

Qadın futbolçular arasında keçiriləcək UEFA Çempionlar Liqasının püşkü atılıb.

İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Neftçi”nin də rəqibi bəlli olub.

Bakı təmsilçisi IV qrupda Türkiyənin “Fomget” klubu ilə qarşılaşacaq. “Neftçi” qalib gələcəyi halda, İsrail “Kiryat”ına rəqib olacaq.

Komandamız qardaş ölkə təmsilçisi ilə iyulun 30-da oynayacaq.

Qeyd edək ki, Çempionlar Liqasının təsnifat mərhələsi (qrupu) yarımfinal və final görüşlərindən ibarətdir. Avqustun 2-də baş tutacaq həlledici matçlardan sonra isə qaliblər qrup mərhələsində iştirak hüququ qazanacaqlar.

İdman.biz