"İmişli"nin yeni baş məşqçisi bəlli olub.
Klubdan İdman.biz-ə verilən məlumata görə, Azərbaycan Premyer Liqasına vəsiqə qazanan bölgə təmsilçisi portuqaliyalı Xorxe Kasqilyaya həvalə edilib.
Onunla 1 illik müqavilə imzalanıb.
Kasqilyanın köməkçiləri Kriştianu Duraeş və Gilyerme Kadete olacaq. Elşad Tahirov qapıçılarla, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
İdman.biz