"Şirvan" bütün heyətlə vidalaşıb

Xəbərlər
23 İyun 2025 19:20
35
"Şirvan" bütün heyətlə vidalaşıb

"Şirvan" futbol klubu bütün futbolçularla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu haqda bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyinin qərarına əsasən, mövsüm boyu klubun şərəfini qoruyan bütün futbolçular və texniki heyətlə yollar rəsmən vidalaşıb. Atılan addımlar strateji yenilənmə və növbəti mövsüm üçün klubun gələcəyini daha sistemli şəkildə planlamaq məqsədi daşıyır.

Qeyd edək ki, Regino Liqasının finalçısı olan "Şirvan" pley-offda "Lerik"ə qalib gələrək Azərbaycan 2-ci liqasının 2025/26 mövsümündə mübarizə aparmaq hüququ qazanıb.

İdman.biz