"Kəpəz" "Boavişta"nın müdafiəçisi ilə anlaşıb

Xəbərlər
23 İyun 2025 10:20
54
"Kəpəz" "Boavişta"nın müdafiəçisi ilə anlaşıb

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" portuqaliyalı futbolçu ilə anlaşıb.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "sarı-göylər" "Boavişta"nın mərkəz müdafiəçisi Pedro Qomeslə ortaq məxrəcə gəlib.

22 yaşlı stopper gəncəlilərə azad agent kimi qoşulacaq.

Qeyd edək ki, Qomeş 2024/25 mövsümündə "Boavişta"nın heyətində 21 oyuna çıxıb. Müdafiəçi karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq.

İdman.biz