Okan Buruk heyətində Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr"in baş məşqçisi vəzifəsinə namizədlərin siyahısında ilk sıralardadır.
İdman.biz xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb.
Okanın "Qalatasaray"la ardıcıl 3 il Türkiyə çempionu olması və məşhur futbolçulara rəhbərlik etmək bacarığı ilə Səudiyyə Ərəbistanı klubunun diqqətini çəkib.
Qeyd edək ki, 2024/25 mövsümündə "Əl-Nəsr"i çalışdıran Stefano Pioli yeni mövsümdə "Fiorentina"nın baş məşqçisi olacaq. Kriştiano Ronaldonun isə tezliklə klubla 2026-cı ilin iyununa kimi yeni müqavilə imzalayacağı gözlənilir.
İdman.biz