Çempionluğu qeyd etmək azarkeşlərə baha başa gəlib

Xəbərlər
22 İyun 2025 19:45
50
Çempionluğu qeyd etmək azarkeşlərə baha başa gəlib

Əlcəzairdə futbol matçında 3 nəfər ölüb, səksəndən çox adam yaralanıb.

İdman.biz xəbər verir ki, sonuncu turda "Magra" ilə heç-heçə edən (0:0) "MC Alger" ən yaxın izləyicisini iki xal qabaqlayaraq ardıcıl ikinci mövsüm ölkə çempionu olub.

Çempionluğu qeyd edən azarkeşlər stadionun tribunalarından yerə yıxılıblar. Bildirilir ki, təhlükəsizlik baryeri çöküb və nəticədə konstruk­siyanın bir hissəsi dağılıb.

Mükafatların təqdimetmə mərasimi dərhal ləğv edilib. Hadisənin səbəblərini araşdırmaq üçün istintaqa başlanılıb.

İdman.biz