KDÇ: "Fluminense"dən geridönüş, Serxio Ramosun komandasından bərabərlik - VİDEO

Xəbərlər
22 İyun 2025 10:40
39
KDÇ: "Fluminense"dən geridönüş, Serxio Ramosun komandasından bərabərlik - VİDEO

İyunun 21-dən 22-nə keçən gecə Klublararası Dünya Çempionatının (KDÇ) qrup mərhələsinin ikinci turunda Braziliyanın “Fluminense” və Cənubi Koreyanın “Ulsan Hyundai” komandaları qarşılaşıb.

İdman.biz xəbər verir ki, "MetLife" stadionunda (Ruterford, ABŞ) baş tutan görüş Braziliya yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Birinci hissədə 1:2 hesabı ilə uduzan Braziliya klubu ikinci yarıda 3 qol vuraraq nəticəni öz xeyirlərinə dəyişib - 4:2.

Klublararası dünya çempionatı
F qrupu. İkinci tur
22 iyun, bazar günü.
Saat 02:00

"Fluminense" (Rio-de-Janeyro, Braziliya) - "Ulsan Hyundai" (Cənubi Koreya) - 4:2

Qollar: Arias, 27, Nonato , 66, Freites, 83, Keno - 90+2 - Hyun, 37, Sun, 45+3,


İyunun 25-də “Fluminense” “Mamelodi Sandaunz”la, “Ulsan Hyundai” isə “Borussiya” ilə qarşılaşacaq.

Ulduz müdafiəçi ispaniyalı Serxio Ramosun çıxış etdiyi Argentinanın “River Pleyt” komandası ilə Meksikanın “Monterrey” klubu arasında ikinci turun matçı baş tutub. “Rouz Boul” stadionunda (Pasadena, Kaliforniya, ABŞ) keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Klublararası dünya çempionatı
E qrupu. İkinci tur
22 iyun, bazar günü.
Saat 05:00

"River Pleyt" (Buenos-Ayres, Argentina) - "Monterrey" (Meksika) - 0:0

Qeyd edək ki, iyunun 26-da keçiriləcək həlledici turda “River Pleyt” “İnter”lə, "Monterrey" isə “Urava Red Daymonds”la qarşılaşacaq.

İdman.biz