Azərbaycan klubunun adı dəyişib - FOTO

21 İyun 2025 12:25
246
Azərbaycan klubunun adı dəyişib - FOTO

Azərbaycan 2-ci liqasında mübarizə aparan "Haypers Quba" futbol klubunun adı dəyişdirilib.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Haypers Quba" artıq "Quba" adı ilə fəaliyyət göstərəcək.

Həmçinin klubun loqosunda da dəyişiklik olunub.

Qeyd edək ki, "Haypes Quba" Azərbaycan 2-ci liqasının 2024/25 mövsümünü 4-cü pillədə başa vurub.

İdman.biz