İspaniya klubunun sabiq oyunçusu Azərbaycan klubunda

Xəbərlər
21 İyun 2025 11:02
59
İspaniya klubunun sabiq oyunçusu Azərbaycan klubunda

Valdas Dambrauskası baş məşqçi postuna gətirən "Sabah" yayın ilk transfer çalışmasına imza atıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Kubokunu qazanan klub Akim Zedadkanı rənglərinə bağlayıb.

"Bayquşlar" Əlcəzair yığmasının müdafiəçisi ilə 2 illik (1+1) müqavilə imzalayıb.

30 yaşlı legioner həmçinin Fransa vətəndaşıdır. Onun karyerası əsasən bu ölkəylə bağlıdır.

Müdafiənin hər iki cinahında oynaya bilən Akim peşəkar futbolda ilk addımlarını «İstr»da atıb (2014-2016).

2016-cı ildə "Lans"ın şərəfini qoruyub, daha sonra "AS Saynt Remoyse"yə üz tutub. 2018-2019-cu illəri «Mariqnan Qiqnak»da keçirib.

Növbəti 3 ildə də «Klermont»un uğurları üçün tər töküb. 2022-2025-ci illərdə "Lill"ə məxsus olub. Bu illər ərzində "Oser" və "Saraqosa"ya (İspaniya) icarəyə verilib. 2025-ci ilin ilk yarısında isə Polşada "Plast"a xidmət edib. "Sabah" onu azad agent statusu ilə düşərgəsinə qatıb.

İdman.biz