Azərbaycan Kubokunun qalibi "Sabah"ın yay hazırlıq planı bəlli olub.
İdman.biz zəbər verir ki, komanda iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək.
Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək. Hazırlıq çərçivəsində paytaxt klubu iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş”la (Macarıstan) qarşılaşacaq.
Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Selye” komandasına qarşı keçirəcək.
İdman.biz