Florian Virts rəsmən "Liverpul"da

Xəbərlər
20 İyun 2025 22:17
89
Florian Virts rəsmən "Liverpul"da

"Liverpul" Florian Virtsin transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytında paylaşım edilib.

22 yaşlı futbolçu "Liverpul"la 2030-cu ilədək müqavilə imzalayıb.

Qeyd edək ki, daha əvvəl "Liverpul"un Virts üçün əvvəlki klubu "Bayer"ə 100 milyon funt-sterlinq, həmçinin bonus kimi 16,5 milyon funt-sterlinq ödəyəcəyi ilə bağlı məlumat yayılmışdı.

****

16:06

"Liverpul" Florian Virtsin transferini başa çatdırıb.

İdman.biz xəbər verir ki, jurnalist Florian Plettenberqin məlumatına əsasən, Almaniya millisinin yarımmüdafiəçisi tibbi müayinənin ikinci hissəsini uğurla keçib.

22 yaşlı futbolçu artıq "Liverpul"la 2030-cu ilədək müqavilə imzalayıb.

Qeyd edək ki, daha əvvəl "Liverpul"un Virts üçün əvvəlki klubu "Bayer"ə 100 milyon funt-sterlinq, həmçinin bonus kimi 16,5 milyon funt-sterlinq ödəyəcəyi ilə bağlı məlumat yayılmışdı.

İdman.biz