Millimizə rəqib olacaq müdafiəçi üçün 65 milyon funt tələb olunur

Xəbərlər
21 İyun 2025 01:07
23
Millimizə rəqib olacaq müdafiəçi üçün 65 milyon funt tələb olunur

"Bornmut" İlya Zabarnıy üçün təklif olunan 55 milyon funtdan (64,3 milyon avro) imtina edib.

İdman.biz xəbər verir ki, PSJ ukraynalı müdafiəçi ilə heyətini gücləndirmək niyyətindədir.

Amma ingilis təmsilçisi bu keçid üçün minmum 65 milyon funt (76 milyon avro) tələb edir. Parislilər artıq 22 yaşlı futbolçu ilə müqavilənin detallarını razılaşdırıblar. Zabarnıyın "Bornmut"la müqaviləsi 2029-cu ilin yayında bitəcək.

Qeyd edək ki, İlya Ukrayna yığmasının heyətdinə DÇ-2026-nın seçmə mərhələsində yığmamıza qarşı oynayacaq. Komandalar arasında ilk oyun sentyabrın 9-da Bakıda keçiriləcək.

İdman.biz