Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün fərdi yarışlara yekun vurulacaq.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində son olaraq tatamiyə Uşangi Kokauri çıxıb.
Dünya çempionatı
Kişilər
Uşangi Kokauri (+100 kq) 1/32 finalda İqor Vraçarı (Serbiya), ardınca Andi Qrandanı (Kuba) məğlub edib. O, 1/8 finalda Minur Ertuqdan (Türkiyə) üstün olub. Kokauri dördüncü görüşünü Quram Tuşişviliyə (Gürcüstan) qarşı keçirib və rəqib qələbə qazanıb. Uşangi təsəlliverici qarşılaşmada Lukaş Krpaleki (Çexiya) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, mundialda Azərbaycan cüdoçularından hələlik Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb. Millimiz sabah qarışıq komandalar arasında dünya çempionatında qüvvəsini sınayacaq.
İdman.biz