"Qarabağ"dan ikinci transfer - FOTO

Xəbərlər
20 İyun 2025 20:01
53
"Qarabağ"dan ikinci transfer - FOTO

Azərbaycan çempionu "Qarabağ" ikinci transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi Pedro Bikalyonu heyətinə cəlb edib.

Braziliyalı yarımmüdafiəçi Portuqaliyanın “Alverka” klubundan "Qarabağ"a keçib. 24 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Pedro “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Bikalyo bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

İdman.biz