“Araz-Naxçıvan” iki futbolçusu ilə müqaviləni yeniləyib

Xəbərlər
20 İyun 2025 13:31
38
“Araz-Naxçıvan” iki futbolçusu ilə müqaviləni yeniləyib

“Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, ötən mövsüm də komandanın heyətində yer alan Elçin Mustafayev və Turan Vəlizadə daha 1 il müddətinə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

İdman.biz