İran millisinin və Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” klubunun futbolçusu Sərdar Azmun xeyirxah addım atıb.
İdman.biz xəbər verir ki, raket zərbələrinə məruz qalan İranda yaranmış vəziyyətlə əlaqədar Tehran vilayəti və digər bölgələrin bir çox sakinləri ölkənin şimalına köç ediblər.
İran mətbuatının məlumatına görə, Azmun bu çətin dövrdə Gülüstan əyalətinin Günbədkavus şəhərində yerləşən otellərdən birini bir aylıq kirayələyərək, evsiz qalan ailələrin orada yerləşməsi üçün şərait yaradıb. Beləliklə, bu ailələrin yaşayış problemi müəyyən müddət üçün aradan qaldırılıb.
Qeyd edək ki, 30 yaşlı türkmən əsilli forvard İranın şimalında yerləşən və əsasən, türkmənlərin yaşadığı Günbədkavus şəhərində anadan olub və yerli "Oghab" klubunun yetirməsidir.
İdman.biz