Konfrans Liqası: “Zirə” və "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib - YENİLƏNİB/FOTO

Xəbərlər
18 İyun 2025 16:26
84
Konfrans Liqası: “Zirə” və "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib - YENİLƏNİB/FOTO

Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan klublarının rəqibləri bəlli olub.

Premyer Liqanın gümüş medalçısı “Zirə” “Hayduk”a (Xorvatiya) rəqib olub. Bakı təmsilçisi ilk matçı evdə keçirəcək. İkinci görüş səfərdə baş tutacaq.

Azərbaycan çempionatının bürünc medalçısı "Araz-Naxçıvan" isə "Aris"lə (Saloniki, Yunanıstan) üz-üzə gələcək. Naxçıvan klubu birinci qarşılaşmasını evdə, ikincini səfərdə keçirəcək.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq.

***

Saat. 11:11

Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək tədbir saat 16:00-da başlayacaq.

Püşkatmada Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olacaq. Premyer Liqanın gümüş medalçısı “Zirə”nin potensial rəqibləri sırasında “Hayduk” (Xorvatiya), "Maribor" (Sloveniya), AEK (Afina, Yunanıstan), "Dunayska Streda" (Slovakiya) və ya AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad" (Serbiya) cütünün qalibi yer alıb.

Azərbaycan çempionatının bürünc medalçısı "Araz-Naxçıvan" isə "İstanbul Başakşehir" (Türkiyə), "Omoniya" (Kipr), "Aris" (Saloniki, Yunanıstan) və ya "Beytar"a (İsrail) rəqib olacaq.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq.

İdman.biz