"İki mövsümə yaxın çıxış etdiyim, evim olan bu klubla vidalaşmağın vaxtı çatıb".
İdman.biz xəbər verir ki, "Qarabağ"ın yeni transferi Dani Bolt bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Portuqaliya təmsilçisi "Torrense" ilə vidalaşdığını vurğulayan braziliyalı oyunçu xatirələrini bölüşüb: "Bir çox oyunlarda mübarizə apardıq, qələbələr, məğlubiyyətlər gördüm, təcrübə qazandım. Hər şeydən önəmli olan odur ki, bu forma və azarkeşlərlə əsl bağlılıq var idi".
25 yaşlı müdafiəçi ona dəstək olan hər kəsə təşəkkür edib: "Klubun İdarə Heyətinə, məşqçilərə, digər işçilərə, komanda yoldaşlarıma və əlbəttə ki, azarkeşlərə minnətdaram. Bu klub həmişə mənim tariximin bir parçası olacaq. Hər şey üçün çox sağ olun".
Qeyd edək ki, Dani Bolt "Qarabağ"la 3+1 illik müqavilə imzalayıb.
İdman.biz