ABŞ-də keçirilən klublararası dünya çempionatının açılış oyunu keçirilib.
İdman.biz xəbər verir ki, ilk oyunda A qrupunun komandaları qarşılaşıb.
Misirin "Əl-Əhli" klubu ilə ABŞ-nin "İnter Mayami"si üz-üzə gələb. "Əl-Əhli"dən Mahmud Trezege 43-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Matç qolsuz bərabərliklə başa çatıb - 0:0.
Bu gecə çempionatda daha 4 görüş baş tutacaq.
Qeyd edək ki, 32 klubun 8 qrupda mübarizə apardığı yarış iyulun 13-dək davam edəcək.
İdman.biz