Azərbaycan futbolunda ilk: "Neftçi"nin yetirməsi CAR klubuna keçir

Xəbərlər
11 İyun 2025 18:00
55
Azərbaycan futbolunda ilk: "Neftçi"nin yetirməsi CAR klubuna keçir

“Kəpəz”lə müqaviləsi başa çatan Turan Manafov Cənubi Afrika Respublikasının (CAR) “Stellenbos” klubuna keçir.

İdman.biz "Teleqraf"a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin Afrika təmsilçisi ilə müqavilə müddəti 3+2 illikdir.

Tərəflər arasında yekun razılıq əldə olunub, tezliklə rəsmi müqavilə imzalanacaq.

“Stellenbos” ötən mövsüm CAR Premyer Liqasında 2-ci yeri tutub. Manafova Rumınıyadan da təklif gəlib, lakin şərtləri o qədər də ürəkkaçan olmayıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi 2024/2025 mövsümünü “Kəpəz”də keçirib.

İdman.biz