Ronaldo karyerasını davam etdirəcəyi klubun adını açıqlayıb

Xəbərlər
9 İyun 2025 12:37
56
Ronaldo karyerasını davam etdirəcəyi klubun adını açıqlayıb

Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştianu Ronaldo karyerasını davam etdirəcəyi klubun adını açıqlayıb.

İdman.biz xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Fabrizio Romano Ronaldonun sözlərindən sitat gətirərək bildirib.

Portuqliyalı ulduz Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış etməyə davam edəcəyini deyib: "Mənim gələcəyim? Əsasən heç nə dəyişməyəcək. "Əl-Nəsr"da qalacağam? Bəli".

Futbolçunun klubla əvvəlki müqaviləsi iyunun 30-da başa çatır. Yaxın vaxtlarda tərəflərin yeni müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm Ronaldo “Əl-Nəsr”ın heyətində bütün turnirlərdə 41 oyun keçirib, 35 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

İdman.biz