"Qarabağ"ın futbolçusu evlənib - FOTO/VİDEO

Xəbərlər
8 İyun 2025 14:46
64
"Qarabağ"ın futbolçusu evlənib - FOTO/VİDEO

“Qarabağ”ın futbolçusu Redon Cica ailə həyatı qurub.

İdman.biz xəbər verir ki, 26 yaşlı hücumçu Kristina adlı qızla nikah bağlayıb.

Toy mərasimi futbolçunun vətəni Albaniyada ailəsi və dostlarının əhatəsində baş tutub.

Qeyd edək ki, Cica 2023-cü ilin yanvarından Ağdam klubunda çıxış edir.

İdman.biz