“Nürnberq” klubundan ayrılan Mahir Emreli karyerasını Almaniyada davam etdirməyə çox yaxındır. Fərqli ölkəyə köçməsinin mümkünlüyü barədə danışılan, eyni zamanda əsas Bundesliqa təmsilçisi “Sankt Pauli” ilə müzakirələr apardığı deyilən hücumçu seçimini qətiləşdirmək üzrədir.
İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, yığmamızın üzvü ikinci Bundesliqada qalacaq. Mahir onunla hamıdan çox maraqlanan “Kayzerslauten”lə anlaşmaq üzrədir. Emrelinin Bundesliqa təmsilçisi “Haydenhaym”dan ciddi təklifi olsa da, bu komanda onun keçidində daha israrlıdır.
Digər tərəfdən Səudiyyə Ərəbistanından da yaxşı təklif var. Ərəblər ona böyük məbləğdə maaş təklif etsə də, futbolçu Avropada qalmaqda qərarlıdır. Növbəti mövsüm Mahiri böyük ehtimalla “Kayzerslauten”nin heyətində görəcəyik.
İdman.biz