"Piramids" ilk dəfə Afrika Çempionlar Liqasının qalibi olub

Xəbərlər
2 İyun 2025 02:00
47
"Piramids" ilk dəfə Afrika Çempionlar Liqasının qalibi olub

"Piramids" tarixində ilk dəfə Afrika Çempionlar Liqasının qalibi olub.

İdman.biz xəbər verir ki, Yeni Qahirə təmsilçisi “Mamelodi Sandauns”la ilk oyundakı heç-heçədən (1:1) sonra cavab qarşılaşmasında 2:1 hesablı qələbə qazanıb.

Son altı mövsümdə Misir klubları beş dəfə Afrika Çempionlar Liqasını qazanıblar. "Əl-Əhli"nin dörd qələbəsi var və indi əsası yalnız 2008-ci ildə qoyulmuş "Piramids" də qitənin ən güclüsü olub.

İdman.biz