Avropa kuboklarına vəsiqə qazanan KLUBLARIMIZ

31 May 2025 21:55
507
Avropa kuboklarına vəsiqə qazanan KLUBLARIMIZ

Avrokuboklarda 2025/2026 mövsümündə ölkəmizi təmsil edəcək klublar bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan Kubokunun final matçından sonra bütün suallara aydınlıq gəlib.

Çempion "Qarabağ" Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Ölkə kubokunun finalında Ağdam klubunu məğlub edən "Sabah" Avropa Liqasında çıxış etmək hüququ qazanıb.

Azərbaycan Premyer Liqasının gümüş və bürünc mükafatçıları "Zirə" və "Araz-Naxçıvan isə növbəti mövsümdə Konfrans Liqasında yarışacaqlar.

İdman.biz