“Ayaks”ın və Niderland millisinin sabiq futbolçusu Con Heytinqa Amsterdam klubunun baş məşqçisi təyin edilib.
İdman.biz xəbər verir ki, 41 yaşlı mütəxəssislə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalanıb.
Heytinqa 2023-cü ilin yanvarından iyun ayına kimi “Ayaks”ın baş məşqçisi vəzifəsini icra edib, sonra isə “Liverpul”da Arne Slotun məşqçilər korpusunda çalışıb.
Ötən mövsüm Amsterdam klubu çempionatın sonunda birinci yeri əldən verərək Erediviziyada ikinci yeri tutduğundan Françesko Farioli baş məşqçi vəzifəsini tərk edib.
İdman.biz