"İnter"in hücumçusu: "Qızıl top” haqqında heç düşünmürəm"

Xəbərlər
31 May 2025 14:59
46
"İnter"in hücumçusu: "Qızıl top” haqqında heç düşünmürəm"

"İnter"in Çempionlar Liqasını qazanacağı halda "Qızıl top"a əsas namizədlərdən biri olacaq hücumçu Lautaro Martinez bu mükafat barədə düşünmədiyini bildirib.

İdman.biz xəbər verir ki, bu mövsüm argentinalı futbolçu bütün turnirlərdə 48 matçda 22 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bu gün Lautarolu "İnter" Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq: "Mən həmişə deyirəm ki, fərdi mükafatlar ikinci yerdədir. "Qızıl top” haqqında heç düşünmürəm. Əsas məqsəd klubun 15 ildir qazanmadığı Çempionlar Liqasının qalibi olmaqdır".

İdman.biz