“Neftçi” qapıçısı ilə yollarını ayırıb

28 May 2025 14:12
360
“Neftçi” qapıçısı ilə yollarını ayırıb

“Neftçi”də daha bir ayrılıq yaşanıb.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” qapıçısı Rustam Samiqulinlə vidalaşıb.

Ötən il bir illik icarəyə götürülən 22 yaşlı qapıçının yeni mövsümdə xidmətinə ehtiyac duyulmayıb.

İdman.biz

İdman.biz