Dünya şöhrətli karateçimiz Rafael Ağayev qadın futbolçulardan ibarət milli komandamızın məşqini izləyib.
İdman.biz xəbər verir ki, ardından yığma üzvləri ilə söhbət edən Olimpiya mükafatçısı UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçiriləcək oyunda onlara uğurlar arzulayıb.
Azarkeşlərə çağırış edən tanınmış idmançı onları millinin oyununa gələrək komandanı dəstəkləməyə dəvət edib.
Qeyd edək ki, mayın 30-da Bayıl stadionunda keçiriləcək Azərbaycan – Litva görüşü saat 18:00-da başlayacaq.
İdman.biz