Dünya çempionatı: İngiltərə 1/4 finalda, Fransa Mavritaniyaya uduzub - YENİLƏNİB

Xəbərlər
27 May 2025 23:16
95
Dünya çempionatı: İngiltərə 1/4 finalda, Fransa Mavritaniyaya uduzub - YENİLƏNİB

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün 1/8 final mərhələsinə start verilib.

Mərhələnin ilk günündə 4 matç baş tutub. 1/4 finala ilk vəsiqə İngiltərə və Bolqarıstanın duelində sahibini tapıb. Penalti seriyasında ingilislər güclü olublar.

Portuqaliya Macarıstana, Fransa isə Mavritaniyaya uduzub. Azərbaycan millisi isə son dünya çempionu Rumıniynə mübarizədən kənarlaşdırıb.

Dünya çempionatı
1/8 final, 27 may

17:30. İngiltərə - Bolqarıstan - 2:2, pen. 3:1
19:00. Portuqaliya - Macarıstan - 2:3
20:30. Azərbaycan - Rumıniya - 1:1, p. 2:1
22:00. Fransa - Mavritaniya - 0:1

Qeyd edək ki, 1/8 finala sabah yekun vurulacaq.

İdman.biz