Qazaxıstanlı qapıçı Stas Pokatilov "Sabah"ı tərk edəcək.
İdman.biz xəbər verir ki, o, mövsümün sonunda komanda ilə başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil.
Qış transferi dövründən Misli Premyer Liqasında çıxış edən təcrübəli qapışına ölkəsindən təkliflər var. Pokatilov karyerasını Qazaxıstanda davam etdirmək arzusundadır. O, Azərbaycan kubokunun finalında "Qarabağ"a qarşı oyundan sonra komandanı tərk edəcək.
Qeyd edək ki, 32 yaşlı qolkiper "Sabah"da keçirdiyi 16 oyunda qapısından 19 top buraxıb.
İdman.biz