"Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın Vurğun Hüseynov "Səbail"lə matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 36-cı turunda səfərdə əldə olunmuş 4:1 hesabı qələbəni şərh edib: "Bu 3 xal bizim üçün vacib idi. Ən azından bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər".
Qeyd edək ki, "Sumqayıt" mövsümü 33 xalla başa vurub.
İdman.biz