İqle Tare "Milan"ın idman direktoru olacaq

Xəbərlər
23 May 2025 23:59
38
İqle Tare "Milan"ın idman direktoru olacaq

"Milan"ın yeni idman direktorunun adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bu vəzifəni İqle Tare tutacaq.

51 yaşlı mütəxəssisin bu gün Milan klubu ilə müqavilə bağladığı xəbərləri yayılıb. Sənədin yaxın günlərdə Yaponiyada səfərdə olan baş direktoru Corcio Furlani təsdiqləyəcəyi bildirilib.

Qeyd edək ki, Albaniya yığmasının keçmiş hücumçusu 2008-2013-cü illərdə "Latsio"da idman direktoru vəzifəsini tutub.

İdman.biz