Kontedən tarixi uğur - 3 fərqli klubla çempionluq

Xəbərlər
24 May 2025 01:15
41
Kontedən tarixi uğur - 3 fərqli klubla çempionluq

"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya futbolunun tarixinə düşüb.

İdman.biz xəbəbr verir ki, 55 yaşlı mütəxəssis 3 fərqli komanda ilə A Seriyasının qalibi olub.

Konte bundan əvvəl "Yuventus" (2011/2012, 2012/2013, 2013/2014) və "İnter"ə (2020/2021) ölkə çempionu titulunu qazandırıb. O, 3-cü dəfə "Napoli" ilə bu uğura imza atıb.

Antonio 5-ci çempion titulu ilə Fübio Kapello və Mürçello Lippiyə çatıb. O, Massimiliano Alleqri (6) və Covanni Trapattonidən (7) geri qalır.

Qeyd edək ki, Fabio Kapello da 3 kluba - "Roma", "Milan" və "Yuventus" İtaliya çempionu olub. Amma Turin təmsilçisinin onu rəhbərliyi ilə 2004/2005 və 2005/2006 mövsümlərdə qazandığı titullar rüşvət qalmaqalı səbəbindən ləğv olunub.

İdman.biz