Modriç və Messi eyni komandada?

Xəbərlər
23 May 2025 18:18
36
Modriç və Messi eyni komandada?

39 yaşlı Luka Modriç Klublararası dünya çempionatından sonra Madrid "Real"ını tərk edəcək.

İdman.biz xəbər verir ki, "Mundo Deportivo"nun məlumatına görə, xorvatiyalı ulduz bu yay azad agent kimi ABŞ-nin "İnter Mayami" klubuna keçəcək.

Mənbənin bildirdiyinə görə, klubun sahiblərindən biri olan Devid Bekhem ötən ildən bəri Modriçi komandaya cəlb etməyə çalışır. Bundan əlavə, "İnter Mayami"də çıxış edən Lionel Messi də, iddiaya görə, rəhbərlikdən xorvatiyalınıntransferini xahiş edib.

Müqavilənin müddətinin 1 illik olacağı bildirilir. Modriçin illik maaşı isə 2,5 milyon dollar təşkil edəcək.

İdman.biz