Millimizin baş məşqçisindən xəbərdarlıq: "Onlar yığmaya çağırılmayacaq"

Xəbərlər
23 May 2025 16:21
114
Millimizin baş məşqçisindən xəbərdarlıq: "Onlar yığmaya çağırılmayacaq"

"Klublarında ehtiyat skamyasında oturanlar milliyə çağrılmayacaq".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

O bildirib ki, heyətə çağırılacaq futbolçular daim komandalarında oynamalıdırlar: "Biri var ki, klubunda 10-15 dəqiqə də olsa, çıxış edəsən. Biri də var ki, ümumiyyətlə ehtiyat skamyasında oturasan. Hər bir məşqçinin qərarına hörmətlə yanaşıram. Ancaq milli komandaya dəvət olunan hər futbolçu daim oynamalıdır. Üstəlik, bizim əlimizdə çox oyunçu da yoxdur. İstəyərdim ki, daha çox azərbaycanlı futbolçular oynasın. Növbəti mövsümü gözləyək. Çempionata yeni klublar gəlir. Ümid edək ki, futbolçular özlərini yaxşı tərəfdən göstərə biləcəklər".

Qeyd edək ki, millimiz yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə qarşılaşacaq.

Aytac Sahəd
İdman.biz