Azərbaycan klubuna 6-cı mümkün rəqib

Xəbərlər
23 May 2025 17:14
46
Azərbaycan klubuna 6-cı mümkün rəqib

Azərbaycanın bir klubla təmsil olunacağı Avropa Liqasında I təsnifat mərhələsinin daha üç iştirakçısı dəqiqləşib.

İdman.biz xəbər verir ki, “Partizan”, “Levski” və “Priştina” qitənin ikinci dərəcəli turnirində mübarizə aparacaq.

Serbiya təmsilçisi püşkatmada səpələnmişlər sırasında yer alacaq. Digər iki komanda isə səpələnməyəcək. Bu isə o deməkdir ki, “Partizan” yenidən Azərbaycan klubuna mümkün rəqib olacaq. Bu turnirdə ölkəmizi ya “Zirə”, ya da “Sabah” təmsil edəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Şaxtyor” (Ukrayna)
“Legiya” (Polşa)
“Partizan” (Serbiya)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Selye” (Sloveniya)

Səpələnməmişlər
“Paksi” (Macarıstan)
“Levski” (Bolqarıstan)
“Aktobe” (Qazaxıstan)

Azərbaycan klubu
“Priştina” (Kosovo)

Qeyri-müəyyənlər
“Spartak” (Slovakiya)
İsrail klubu
Kipr klubu
İsveç klubu
Xorvatiya klubu

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq.

İdman.biz