FIFA-nın prezidenti Gianni İnfantino “Qarabağ”ı Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.
İdman.biz xəbər verir ki, qurum rəhəbəri bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.
Məktubun məzmununu diqqətinizə çatdırırıq:
FIFA-dan “Qarabağ”a təbrik
Cənab Rövşən Nəcəf
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Prezidenti
Sürix. 21 may 2025-ci il
“Qarabağ” FK-ya təbrik
Hörmətli prezident,
Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!
Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Gianni İnfantino
İdman.biz