Dünya çempionatına həsr olunmuş “Legends Cup” keçirilib - YENİLƏNİB - FOTO/VİDEO

Xəbərlər
19 May 2025 21:11
102
Dünya çempionatına həsr olunmuş “Legends Cup” keçirilib - YENİLƏNİB - FOTO/VİDEO

Bakıda minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç keçirilib.

“Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” arasında oynanılanq “Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında təşkil olunub.

“Neftçi 2000-lər”in baş məşqçiliyi Ağasəlim Mircavadova həvalə olunub. Onun rəhbərliyi altında Rəşad Sadıqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev, Samir Ələkbərov, Bəxtiyar Musayev, Mahmud Qurbanov meydana çıxıblar.

Kurban Berdıyevin baş məşqçi olduğu “Premyer-liqa məşqçiləri" komandasının heyətində isə Qurban Qurbanov, Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Əfran İsmayılov, Yunis Hüseynov və Azər Bağırov, Samir Abasov, Fərhad Vəliyev, Elmar Baxşıyev yer alıb.

“Legends Cup” turnirini izləyənlər arasında Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş da olub.

Oyunda hesabı “Premyer Liqa məşqçiləri” açıblar. Əfran İsmayılov fərqlənib. “Neftçi 2000-lər”in heyətində isə Rəşad Sadiqov bərabərlik qolunun müəllifi olub. Penalti seriyasında daha dəqiq olan “Premyer Liqa məşqçiləri” 3:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı mayın 21-də start götürəcək və iyunun 1-də başa çatacaq.

İdman.biz