Dünya çempionu xəstəxanadan ilk fotosunu paylaşıb

Xəbərlər
21 May 2025 17:45
43
Dünya çempionu xəstəxanadan ilk fotosunu paylaşıb

Braziliya millisi ilə dünya çempionu olmuş keçmiş futbolçu Lusio xəstəxanaya yerləşdirilməsindən sonra ilk fotosunu paylaşıb.

İdman.biz xəbər verir ki, "Bavariya" və "İnter"in sabiq müdafiəçisi bədəninin 18%-də yanıq xəsarətləri alıb.

Ötən həftə 47 yaşlı Lusionun Braziliyada xəstəxanalardan birinə yerləşdirildiyi məlum olub. Keçmiş futbolçunun evində kaminin partlaması nəticəsində o, çoxsaylı yanıq xəsarətləri alıb.

Lusio sosial şəbəkədə həyat yoldaşı ilə birlikdə xəstəxana dəhlizində gəzərkən çəkilmiş şəklini paylaşıb. Fotoda onun əlləri, ayaqları və başı sarğılıdır. O, iki dəfə əməliyyat olunub və hələ də reanimasiya şöbəsində müalicə alır.

İdman.biz