Rauf Rüstəmli: "Son oyunumuzda azarkeşlərimizi sevindirməyə çalışacayıq"

Xəbərlər
21 May 2025 17:28
40
Rauf Rüstəmli: "Son oyunumuzda azarkeşlərimizi sevindirməyə çalışacayıq"

"Mövsümü 7-ci pillədə bitirmək bizim üçün yaxşı nəticədir".

İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Rauf Rüstəmli Misli Premyer Liqasının 35-ci turunda "Araz-Naxçıvan"a məğlub olduqları (0:1) oyunla bağlı fikirlərini bölüşərkən deyib.

Rüstəmli "Şamaxı"nın bu mövsüm əsas hədəfinə çatdığını bildirib: "Mövsümün əvvəlində qarşıya qoyulan əsas məqsəd Premyer Liqada yerimizi qorumaq idi ki, bunu da bacardıq. Mehriban kollektivimiz var, bu da nəticəyə təsirini göstərdi. Növbəti turda "Qarabağ"la oyunumuz var. Onların gücü bəllidir, çempionluğu da rəsmiləşdiriblər. Buna baxmayaraq çalışacağıq baxımlı oyunla uğurlu nəticə qazanaq. Mövsümün son ev oyununda azarkeşlərimizi sevindirməyə çalışacayıq".

Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasına bir tur qalmış 7-ci pillədəki yerini təmin edib.

İdman.biz