Futbol tarixində YENİ REKORD

Xəbərlər
21 May 2025 13:32
45
Futbol tarixində YENİ REKORD

Futbol tarixində yeni rekord qeydə alınıb.

İdman.biz xəbər verir ki, bunu İFFHS açıqlayıb.

Lionel Messi və Serxio Buskets 621-ci dəfə eyni vaxtda meydanda komanda yoldaşı olublar. Əvvəl “Barselona”da çiyin-çiyinə çıxış edən cütlük “İnter Mayami”də də birgə forma geyinir.

Bunadək də rekord Busketslə bağlı idi. O, Jerar Pike ilə 620 matçda bir yerdə oynayıb. Bunlardan 533-ü “Barselona”, 87-si İspaniya millisində olub.

Messi ilə Buskets ilk dəfə 2008-ci il sentyabrın 13-də “Rasinq”lə çempionat matçında (1:1) komanda yoldaşı kimi meydana çıxıblar. Onlar “Barselona”da 569, “İnter Mayami”də 52 görüşü birgə keçiriblər.

İdman.biz