“Nant” baş məşqçisi Antuan Kombuare ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
61 yaşlı mütəxəssisin istefasına Liqa1-dəki uğursuz nəticələr səbəb olub. “Nant” mövsümü 13-cü yerdə başa vurub.
Qeyd edək ki, Kombuare 2021-23-cü illərdə çalışdırdığı kluba ötən il qayıtmışdı. O, 1983-90-cı illərdə futbolçu kimi "Nant"da çıxış edib.
İdman.biz