Rusiya klubları Şahruddin Məhəmmədəliyevi istəyir

Xəbərlər
20 May 2025 15:52
131
Rusiya klubları Şahruddin Məhəmmədəliyevi istəyir

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını ölkə xaricində davam etdirə bilər.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, 30 yaşlı qolkiperə Rusiya Premyer Liqasından 2 klub maraq göstərir.

Hər iki klub Şahruddini heyətində görmək üçün mübarizəyə də girib. Məhəmmədəliyevin hansı qərarı verəcəyi isə hələ ki bəlli deyil.

Şahruddinin “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Şahdağ-Qusar”, “Sumqayıt”, “Adana Demirspor” klublarında çıxış edib.

İdman.biz