Sərxan Hacıyev: "Siyahının açıqlanmasını gözləsək, daha yaxşı olar"

Xəbərlər
19 May 2025 23:08
47
Sərxan Hacıyev: "Siyahının açıqlanmasını gözləsək, daha yaxşı olar"

“Növbəti oyunlarda millinin heyətində fərqli adlar görə bilərik”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

Qurum rəsmisi futbol üzrə yığma komandanın növbəti matçlarda çıxacağı heyətdən danışıb. O bildirib ki, Millinin baş məşqçisi Fernandu Santuş bütün liqalardakı oyunları diqqətdə saxlayır: “Santuş daim Premyer Liqa və I Liqanın, hətta Əvəzedicilər Liqasının oyunlarını izləyir və futbolçularla maraqlanır. Bunun üçün də də qarşıdan gələn qarşılaşmalarda indiyədək dəvət olunmamış futbolçularun adı siyahıda ola bilər. Ancaq bu, baş məşqçinin səlahiyyətində olan məsələdir deyə növbəti siyahının açıqlanmasını gözləsək, daha yaxşı olar”.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya ilə üz-üzə gələcək. Yığma növbəti oyununu isə 3 gün sonra “Liv Bona Dea Arena”da Macarıstanla keçirəcək.

Aytac Sahəd
İdman.biz