AMF-in icraçı vitse-prezidenti: "Yarışı yüksək səviyyədə keçirmək istəyirik" - FOTO

Xəbərlər
19 May 2025 18:33
75
AMF-in icraçı vitse-prezidenti: "Yarışı yüksək səviyyədə keçirmək istəyirik" - FOTO

"Dünya çempionatına hazırlıqlar yaxşı gedir".

İdman.biz xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov 21 may - 1 iyun aralığında Bakıda gerçəkləşəcək dünya çempionatı ilə əlaqədar təşkil olunacaq mətbuat konfransında deyib.

Federasiya rəsmisi çempionata hazırlıq prosesindən danışıb: "Minifutbol Federasiyası olaraq ilk dəfədir ki, belə bir beynəlxalq miqyaslı yarış keçiririk. Bilirsiniz ki, Azərbaycan dəfələrlə belə mötəbər tədbirlərə ev sahibliyi edib. Biz də bu təcrübədən yararlanaraq ki, bu yarışı yüksək səviyyədə keçirmək istəyirik. Əlbəttə ki, çətinliklər olub və olacaq da. Biz əlimizdən gələni edirik ki, bu çətinliklərin öhdəsindən gələk. Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqasının göstərdiyi dəstəyi də xüsusi olaraq qeyd etməliyəm. Fikrimcə, hazırlıqların öhdəsindən gələ bilirik. Əlbəttə ev sahibi olaraq, kubok ölkəmizdə qalsını arzu edirik. Ancaq ilk üç yerdən birini götürmək bizim üçün yaxşı nəticə hesab oluna bilər".

Qeyd edək ki, mundial mayın 21-dən iyunun 1-nə qədər keçiriləcək.

Aytac Sahəd
İdman.biz